Azərbaycan “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasında yer alıb

Azərbaycan “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasında yer alıb

İqtisadiyyat
27 Sentyabr 2019, 20:07 139
Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib.
AZƏRTAC xəbər verir ki, hesabata əsasən, Azərbaycan "Doing Business” üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir.
Hesabatda qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər.
Xatırladaq ki, Azərbaycan "Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlmişdi.