• şənbə, 27 Aprel, 04:30
  • Baku Bakı 14°C

Azərbaycan benzin istehsalını artırıb

21.08.13 10:50 1457
Azərbaycan benzin istehsalını artırıb
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 7 ayında ölkədə ağ neftin istehsalı 14,0%, dizel yanacağının istehsalı 11,4% artıb, bu il ərzində 420,4 min ton ağ neft, 1 477,7 min ton dizel yanacağı istehsal edilib.
Bu dövr ərzində neft-kimya sənayesində istifadə üçün nəzərdə tutulan benzinin həcmi 85,1 min ton olub ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 21,7% azdır. Bu müddət ərzində sürtgü yağlarının istehsalı da 35,2 faiz azalıb. Belə ki, bu il 26,9 min ton sürtgü yağları istehsal edilib. Neft bitumunun istehsalı isə 181,5 min ton olub ki, bu da 10,3% artım deməkdir.
Neft emalı müəssisələrinin anbarlarında 45,2 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 14,5% qədər hazır məhsul qalıb.
banner

Oxşar Xəbərlər