• şənbə, 27 Aprel, 01:59
  • Baku Bakı 14°C

Azərbaycan alternativ enerji istehsalını artırıb

10.07.20 13:21 633
Azərbaycan alternativ enerji istehsalını artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı Külək, Günəş Elektrik Stansiyaları vəBərk Məişət Tullantılarının Yandırılması Zavodu 185,9 mln. kVt-saat elektrik enerjisi istehsal edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt-saat çoxdur.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü KüləkElektrik Stansiyalarında 54,8 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında 23 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 108,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Məlumata əsasən, hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında 27,8 mln. kVt-saat artaraq 12 084,0 mln. kVt-saat, Su Elektrik Stansiyalarda 199,9 mln. kVt-saat azalaraq 680,3 mln. kVt-saat təşkil edib.
banner

Oxşar Xəbərlər