15 mart - Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günüdür
Bu gün Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi
Günüdür. 1983-cü ildən etibarən hər il qeyd olunan bu gün bütün dünyada olduğu
kimi ölkəmizdə də qeyd edilir.
Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi
Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı iləmartın 15-də "Düzgün məlumat - istehlakçının seçim
hüququnun təminatıdır!” mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, yerli və
beynəlxalq ictimai təşkilatların nümayəndələri, KİV təmsilçiləri və sahibkarlar
iştirak ediblər.
Dövlət Xidmətinin rəisi Zahid İsayev Azərbaycanda istehlakçı
hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının Ümummilli Lider
Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə
bu sahədə işlərin daha da gücləndirildiyini vurğulayıb. İstehlakçı hüquqlarının
qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin
prioritetlərindən olduğunu qeyd edən Zahid İsayev bu istiqamətdə Dövlət Xidməti
tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, Dövlət
Xidməti tərəfindən maarifləndirmə, təbliğat-təşviqat tədbirləri çərçivəsində
kompleks işlərin həyata keçirilməsinin davam etdirildiyini vurğulayıb.
Tədbirdə bildirilib ki, istehlak bazarında satılan malların, görülən
iş və göstərilən xidmətlərin keyfiyyət və təhlükəsizliyi ilə bağlı bir sıra
müsbət dəyişikliklər müşahidə olunur. Aparılan maarifləndirmə tədbirlərinin
nəticəsi olaraq istehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarətin rolu
əhəmiyyətli dərəcədə artıb.
Dəyirmi masada həmçinin, yerli və beynəlxalq ictimai təşkilatların
nümayəndələri və sahibkarlar istehlakçı hüquqlarının
qorunması sahəsində görülən işlər, bu sahədə sahibkarların vəzifələri barədə
məlumat verib, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması
istiqamətində müxtəlif təkliflər səsləndiriblər.
Sonda tədbir iştirakçılarını
maraqlandıran suallar cavablandırılıb, istehlakçı hüquqlarına dair
maarifləndirici materiallar paylanıb.