AZE | RUS | ENG |


“Asan yollar heç zaman mənə cazibədar görünməyib” - Fotolar

“Asan yollar heç zaman mənə cazibədar görünməyib” - Fotolar
Atiye Deniz: “Önəmli olan qəlbimin səsini dinləməkdir”

Türkiyədə kifayət qədər tanınan gənc ifaçı Atiye Denizin "Maazallah” mahnısı yeni ilin ilk hit mahnısı hesab edilib. Bir zamanlar bu mahnının Türkiyənin divası hesab edilən Bülent Erseoy ifa etmişdi. Atiye mahnı aranjeman edərək, daha müasir formada izləyicilərə təqdim edib. 

Qeyd edək ki, ifaçı pop mahnıları ilə böyük izləyici kütləsi toplayıb. Türkiyədə mahnılarına  uyğun şəkildə səhnə performansı  hazırlayan ifaçı indi də bəstəkarlıqla məşğuldur. 

2017-ci ilin ilk ayında "Akşam” saytı ondan müsahibə alıb. Müsahibədə ifaçı özü ilə bağlı bir çox məqamlara da aydınlıq gətirib. Məlumat üçün bildirək ki, ifaçının ölkəmizdə də kifayət qədər pərəstişkarları var. 
 
Yeni albom hazırlamaq zamanıdır
 
- Atiye xanım, bu günlərdə hansı yaradıcılıq işləri ilə məşğul olmusunuz? 
- Axırıncı albomumdan sonra bir neçə yeni mahnılar hazırladım.  Son dönəmlər "Maazallah” mahnım  işıq üzü gördü. Hesab edirəm ki, artıq yeni albom hazırlamaq zamanıdır. Bu il albom hazırlıqlarına başlamaq qərarına gəlmişəm. Ondan başqa, keçən ay Almaniyada dünya latın rəqs çempionluğunun açılış gecəsində konsert verdim. Onun ardınca İsveçrəyə konsertə getdim. İki ildən artıqdır ki, Devid Entoni ilə xarici bir layihə üzərində çalışırıq. Layihəyə Mayamidə start verdik. Həmin layihəni İstanbulda canlı şəkildə səsyazma studiyalarında davam etdiririk. Növbəti mövsümdə "Tom Tom” adlı bir mahnımız işıq üzü görəcək. Artıq onun tanıtım reklamını da çəkmişik. Digər mahnıların da gedişatı mənim üçün çox maraqlıdır. Ancaq hələ nə vaxt işıq üzü görəcəyi məlum deyil. Əslində, qarşıda kəskin hədəflərim yoxdur. Hər şeyi öz axarına buraxmışam. 
 
- Siz Bülent Ersoyun ifa etdiyi klassik bir mahnıya yenidən can verdiniz. Bu, necə bir hissdir? 
- Bu mahnının çox uzun bir keçmişi və gözəl bir hekayəsi var. Mahnının orijinalı Gipsy Kingse aiddir. Daha sonra Mezdeke ona ərəb dilində aranjeman  etdi. Türkcədə isə Şəhrizad həmin musiqiyə aid söz yazdı və nəticədə Bülent Ersoy da onu ifa etdi. Biz də əslində həmin mahnının ərəb versiyasını hazırladıq. Çünki mən ərəb mahnılarını çox sevirəm. Mahnının orijinalı ispan və ərəb dilində qeyd edilib. Təbii ki, Bülent Ersoyun ifa etdiyi versiya da çox gözəldir. 
 
 
 
- Mahnı oxumaqla yanaşı, həm də gözəl rəqqassınız. İki işi bir arada görmək çətin deyil?
- Hər zaman çətin işləri sevmişəm. Asan yollar heç zaman mənə cazibədar görünməyib. Mən təkcə mahnı oxuyub, rəqs etmirəm. Uzun muüddətdir ki, mahnılar bəstələyir, darbuka çalıram. Bildiyiniz kimi, ingilis dilində ifa etdiyim mahnıların sözlərini özüm yazıram. Bundan əlavə, xoreoqrafiya ilə məşğul olmağı sevirəm. Yəni, sənətin hər bir növündə özümü inkişaf etdirməyə və kəşf etməyə çalışıram. Son dönəmlər isə aktrisalıq kursuna yazılmışam. Artıq ustad dərsləri almağa başlamışam. Bu da mənim üçün yeni bir həyəcandır. 
 
- Kənardan baxanda ulduz olmağa həvəsiniz yoxmuş kimi görünür. Həqiqətən elədir?
- Heç zaman ulduz olmaq üçün çalışmadım. Bunun üçün xüsusi bir əmək də sərf etməmişəm. Mənim etmək istədiklərim xəyallarımdakı mahnıları, musiqiləri, rəqsləri kəşf edə bilmək və onu istədiyim şəkildə tamaşaçılara təqdim edə bilməkdir.
 
 
 
- Şou-biznes ifaçılarından çox seçilirsiniz. Bu qədər müğənnilərin içərisində sizi fərqli göstərən nədir?
- Fərqli olmağımın yeganə səbəbi özüm kimi olmağımdır. Hər bir insan fərqli xüsusiyyətə malikdir. Mən çox kiçik yaşlarımda özümü tanımağa başladım. Hər zaman mənim üçün maraqlı olan işlərin arxasınca qaçdım. İlk olaraq nəyə malik olduğumu dərk etdim. Özümü tanıyandan, hansı xüsusiyyətə malik olduğumu qavrayandan sonra bütün bunları dərk edərək, irəliyə doğru addımlar atdım. Heç kimdən örnək almadım. Sadəcə, onları izlədim və ilham aldım. Özümü insanlara bəyəndirə bilmək üçün xüsusi bir şey etmədim. Mənim üçün önəmli olan qəlbimin səsini dinləməkdir. Hesab edirəm ki, belə olanda insan daha səmimi görünür. 
 
- Bir insanın mahnı bəstələyə bilməsi üçün nələrsə yaşamalıdır?
- Yaşamadan musiqi meydana gəlməz. Məncə, hər duyğunu ən yüksək şəkildə yaşamaq lazımdır. Bunun üçün də hər şeyə açıq olmaq lazımdır. Belə olan halda musiqi bədahətən gəlir. İçindəki səsi dinləmək və bu səsə yol vermək, yeri gələndə güvənmək lazımdır. İnsan həyatında yaşanmış hadisələr nə qədər çox olarsa, o qədər çox musiqi yaza bilər. 
 
 
 
- Ece Seçkin və Simge Sığın kimi yeni nəsil incəsənət nümayəndələrinin meydana gəldiyi bir dövrdə yaşayırıq. Şou aləmində köklü dəyişiklər getmirmi? 
- Hər 10 ildən bir bu aləmdə dəyişikliklər olur. Mən də 10 il bundan qabaq səhnəyə çıxmışam, tanınmışam. 17 yaşımda ölkənin ən gənc musiqiçisi idim. Musiqi aləminin dəyişdirilməsi, zənginləşdirilməsi, yeni rənglərin qatılmasıı çox gözəl bir şeydir. 
 
- Hazırda tanınan bütün məşhurlar bir-biriləri ilə daha gözəl münasibət qururlar. Əvvəllər isə şou aləmindən münaqişələr əskik olmazdı. 
- Çünki insanlar həqiqi duyğuları yaşamaq və görmək istəyirlər. Yəni, belə saxta münaqişələrlə, polemikalarla qısa bir müddətdə gündəmdə qala biləcəklərinin şahidi oldular. Bunun heç bir mənası da yoxdur. Mənim üçün bu münaqişələr çox gülməli görünür. Həqiqi sənətçilər hər zaman bir-birlərinə dəstək olur və sözün əsl mənasında bir-birlərindən qidalanırlar. Hər kəs işi ilə məşğul olduğu müuddətdə, belə bir problemlərin yanaracağını düşünmürəm. Güman edirəm ki, belə hadisələr insanların özlərinə güvənsizliyindən meydana gəlir. 
 
 
 
- Özəl həyatınızla göz önündə olmağı sevmirsiniz. İşiniz şəxsi həyatınızın önünə keçdiyi üçün belə qərar vermisiniz? 
- Heç zaman özəl həyatımın işimin önünə keçməsinə icazə vermərəm. Özəl həyatımı özəl olaraq yaşamağa üstünlük verirəm. Bu günə qədər də hər hansı bir şeyi xüsusi olaraq insanlardan gizlətməyə çalışmamışam. Ancaq adından da göründüyü kimi, bir şey özəldirsə, qoyun elə özəl olaraq da qalsın. 
 
Tərcümə etdi: Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001