• cümə, 26 Aprel, 12:05
  • Baku Bakı 23°C

Arif Hacılıdan falçı mövqeyi: Tofiq Yaqublu "Milli Şura"nın sədri olsa...

20.11.19 10:25 291
Arif Hacılıdan falçı mövqeyi: Tofiq Yaqublu "Milli Şura"nın sədri olsa...
Müsavat Partiyasının sədri Arif Hacılı partiya üzvü Tofiq Yaqublunun "Milli Şura"ya sədr olması təklifinə münasibət bildirib.
Trend-in məlumatına görə, A.Hacılı deyib: "Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır.
Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, "Milli Şura"nın sədri olsa yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək".
Qeyd edək ki, "Milli Şura" adlı qurumun sədri Cəmil Həsənli şuraya sədrliyin Tofiq Yaqubluya həvalə edilməsini təklif edib.
banner

Oxşar Xəbərlər