Ankara Universitetinin nümayəndələri ADU-da olub
Azərbaycan
Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan
Abdullayev Ankara Universitetinin nümayəndələri ilə görüşüb.
Qonaqları salamlayan
professor Ə.Abdullayev onları ADU-da görməkdən məmnunluğunu bildirib. O, Türkiyə
universitetləri ilə əməkdaşlıqdan danışaraq əlaqələrin ildən-ilə genişləndiyini
qeyd edib. Ə.Abdullayev müəllim-tələbə
mübadiləsinin vacibliyini də vurğulayıb.
Səmimi qəbula görə təşəkkür
edən Ankara Universitetinin İlahiyyat fakültəsinin professoru Recai Doğan
ADU-da keçirilən imtahanlarla əlaqədar olaraq artıq bir neçə ildir ki, Azərbaycana
gəldiyini bildirib. O, görüşün iki ölkə universitetləri arasında əlaqələrin
genişləndirilməsinə xidmət etdiyini deyib. R.Doğan Türkiyənin müxtəlif ali təhsil müəssisələrində
təhsillərini davam etdirmək arzusunda olan azərbaycanlı tələbələr üçün keçiriləcək
AYÖS (Yabancı uyruklu Öğrənci Sınavı) imtahanları haqqında ətraflı məlumat
verib.
Görüşdə gələcək əməkdaşlıq
perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata
keçirilməsi mövzularında müzakirələr aparılıb.