AZE | RUS | ENG |


Amerikalı professor: BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin yerinə...

Amerikalı professor: BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin yerinə...
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhü və sabitliyi ciddi təhlükə altında qoyur.

Bunu Trend-ə Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunda iştirak edən ABŞ-ın Koastal Kaliforniya ("Coastal California”) Universitetinin professoru Kristofer Qann deyib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini tədqiq edir: "Azərbaycana gəlməyimin səbəblərindən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığım tədqiqatdır”.

K.Qann bildirib ki, Avropanı tərk edib Ermənistana gələn erməni terroristləri də Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhü və sabitliyi təhlükə altında qoyur və "soyuq müharibə” bitəndən bu günə qədər davam edir. Bu münaqişə artıq həll edilməlidir. Münaqişənin bu günə qədər həllini tapmaması bir faciədir”.

Professor vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bu məsələ tezliklə həllini tapmalıdır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı qətnamələrinə gəlincə isə, K.Qann bildirib ki, bu qətnamələrin indiyə kimi yerinə yetirilməməsi inanılmazdır: "BMT-nin dünyada bir sıra münaqişələrlə bağlı qətnamələrinin yerinə yetirilməsinin nümunələri mövcuddur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin yerinə yetirilməsi istiqamətində bu günə qədər fəal işin aparılmamasının səbəblərindən biri də həm Qərbdə, həm də BMT-də mövcud olan ikiüzlülük və ikili standartlardır”.

K.Qann əlavə edib ki, Azərbaycan bu regionda ən qüdrətli və sabitliyin, əmin-amanlığın təmin olunmasında əsas dövlətdir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7084
GBP 1 İngilis funt sterlinqi 2.1911
TRY 1 Türk lirəsi 0.4862
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2104
EUR 1 Avro 2.0081
CHF 1 İsveçrə frankı 1.7650
USD 1 ABŞ dolları 1.7008