• cümə, 26 Aprel, 12:04
  • Baku Bakı 23°C

Amerika şirkətləri qlobal pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri barədə məlumatlandırılıb

04.05.20 12:00 580
Amerika şirkətləri qlobal pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri barədə məlumatlandırılıb
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə "Azərbaycan iqtisadiyyatı qlobal pandemiya dövründə: islahatlar və post-pandemiya ilə bağlı gözləntilər” mövzusunda vebkonfrans keçirilib.
AZƏRTACxəbər verir ki, vebkonfransda əsas natiqlər qismində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev çıxış ediblər. Müzakirələr ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovun moderatorluğu ilə reallaşıb.
Vebkonfransda koronavirus pandemiyasının kiçik və orta sahibkarlığa təsirləri, eləcə də post-pandemiya dövründə atılacaq addımlar müzakirə olunub.
Onlayn tədbirdə doxsana yaxın iştirakçı, o cümlədən hazırda ölkəmizdə fəaliyyətdə olan, eləcə də Azərbaycan bazarına maraq göstərən ABŞ şirkətlərinin regional ofisləri, ABŞ-ın Ticarət Nazirliyi, Dövlət Departamenti, ABŞ-ın Ticarət Xidmətinin əməkdaşları, eləcə də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri iştirak ediblər.
banner

Oxşar Xəbərlər