AZE | RUS | ENG |


AMEA Naxçıvan Bölməsində ekspedisiyaların yekununa həsr olunan tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində ekspedisiyaların yekununa həsr olunan tədbir keçirilib
AMEA Naxçıvan Bölməsində "Naxçıvanda arxeoloji araşdırmalar” adlı tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublika Sədrinin dəstəyi ilə 2006-cı ildən ərazidə aparılan geniş miqyaslı tədqiqatlardan bəhs edərək bildirib ki, bu il bölgənin müxtəlif ərazisində 2 beynəlxalq, 3 respublika əhəmiyyətli ekspedisiya həyata keçirilib.

Akademik Bölmənin arxeoloji ekspedisiyası Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birgə bölgənin müxtəlif ərazilərində qazıntılar apardığını, tədqiqatlar zamanı da çox sayda maddi-mədəniyyət nümunələrinin aşkar olunduğunu və bu nümunələrin Naxçıvan ərazisi ilə bağlı qaranlıq məsələlərin həllində mühüm rol oynadığını deyib. İ.Hacıyev bu il Amerika Birləşmiş Ştatlarının arxeoloqları tərəfindən muxtar respublika ərazisində 10 günlük kəşfiyyat xarakterli ekspedisiyaların da aparıldığını bildirib.

Tədbirdə Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji ekspedisiya layihəsinin Beynəlxalq ekspedisiya rəhbəri, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro çıxış edərək Uçan ağıl, Şorsu, I Kültəpə yaşayış yerində aşkar olunan təbəqələrdən ətraflı bəhs edib. Xanım Marro araşdırmaların çox maraqlı nəticələri olduğunu xüsusi vurğulayaraq bildirib ki, qazıntılar zamanı keramika məmulatları, heyvan sümükləri, ocaq yerləri və digər tapılan maddi-mədəniyyət nümunələri Naxçıvanın qədim tarixə malik olduğunu bir daha təsdiq edir.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri Vəli Baxşəliyev Naxçıvan şəhərində, I Kültəpə və onun ətrafında olan Uzunoba, Yeni yol, Uçan ağıl və digər qədim yaşayış yerlərində araşdırmalar zamanı tapılan maddi-mədəniyyət nümunələrindən danışıb.

Vəli Baxşəliyev diqqətə çatdırıb ki, abidələrin yaşı karbon analizi vasitəsi ilə təyin edilir və xüsusi aparatlar vasitəsi ilə xərtələşdirilir. Ekspedisiyanın rəhbəri qeyd edib ki, aparılan arxeoloji qazıntılarla bağlı məlumatların geniş ictimaiyyətin diqqətinə çatdırılması üçün müxtəlif vaxtlarda 20-dən artıq internet saytı, o cümlədən qəzetlərə, televiziya və radio verilişlərinə materiallar təqdim edib.

Alim arxeoloji qazıntılara dəstək və hərtərəfli şərait yaradan Naxçıvan Muxtar Respublika Ali Məclis Sədrinə və qazıntılarda arxeoloqlara yaxından köməklik göstərən bütün hər kəsə təşəkkürlərini bildirib.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, ekspedisiyanın üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva çıxış edərək arxeoloji ekspedisiya heyətinə gələcəkdə arxeoloqlar ilə bərabər botaniklərin, bioloqların, zoloqların cəlb olunması təklifini irəli sürüb. O, qeyd edib ki, ərazidə aşkar olunan heyvan sümüklərinin mütəxəssislər tərəfindən yerindəcə incələnməsi daha məqsədə uyğun olar.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Əbülfəz Quliyev Naxçıvan ərazisində aparılan araşdırmaları və çoxsaylı tədqiqatları yüksək qiymətləndiriblər.

Sonda sözügedən qədim yaşayış yerlərində tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri video görüntü vasitəsilə nümayiş olunub. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007