ADU-da əmək haqları artırılıb
Azərbaycan Dillər
Universitetində (ADU) çalışan
işçilərin və professor-müəllim heyətinin maddi rifahının yüksəldilməsi istiqamətində
daha bir mühüm addım atılıb. Belə ki, ADU-nun rektoru vəzifəsini icra edən
professor Əfqan Addullayev təhsil müəssisəsində
eyni vəzifə və eyni elmi adlara malik olan əməkdaşların əmək haqlarında olan
süni diferensiallaşdırmanın aradan qaldırılması məqsədi ilə əmr imzalayıb. Əmrə
əsasən universitet əməkdaşlarının əmək
haqlarına yenidən baxılıb.
1 yanvar 2017-ci il tarixindən
ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən rəhbər vəzifəni tutan işçilər istisna
olmaqla inzibati idarəetmə və xidmətedici heyətdə çalışan işçilərin əmək haqqı təxminən
10 faiz artırılıb. Dəyişiklik nəticəsində ADU-da müəllimin əmək haqqında artım 50 manat, elmlər namizədi olan müəllimin əmək
haqqında 200 manat, elmlər namizədi olan baş müəllimin əmək haqqında 150 manat,
dosent-elmlər doktorunun əmək haqqında 200 manat, professor-elmlər doktorunun əmək
haqqında isə 250 manat təşkil edir.