• cümə, 26 Aprel, 19:19
  • Baku Bakı 22°C

ABŞ polisi bu il 491 nəfəri güllələyib

08.07.16 17:49 1000
ABŞ polisi bu il 491 nəfəri güllələyib

ABŞ polisinin əməkdaşları bu il xidməti borclarını yerinə yetirərkən 491 insan öldürüb və bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 6% daha çoxdur.
Bu barədə Trend "The Washington Post" qəzetinə istinadən xəbər verir.
Amerikalı polislərin xidməti silahlarından istifadəsinə görə ölkə əhalisinin narazılığı artır. Qəzetin məlumatına əsasən, polislər ağdərililərlə müqayisədə afroamerikanlılara qarşı 2,5 dəfə daha çox atəş açıblar. Bununla yanaşı, həlak olanların təxminən yarısı ağdərililər, digər yarısı isə milli azlıqların nümayəndələri olub.
Öldürülənlərin 10 faizinin insident zamanı silahı olmayıb.
2016-cı ilin 6 ayı ərzində isə atəş açılması nəticəsində 20 polis əməkdaşı dünyasını dəyişib. Keçən ilin eyni dövründə isə bu rəqəm 16-ya bərabər olub.
banner

Oxşar Xəbərlər