• cümə, 26 Aprel, 19:52
  • Baku Bakı 22°C

ABŞ-ın İrandakı maraqlarını təmsil edən isveçrəli diplomat müəmmalı şəkildə ölüb

04.05.21 14:15 801
ABŞ-ın İrandakı maraqlarını təmsil edən isveçrəli diplomat müəmmalı şəkildə ölüb
İsveçrənin Tehrandakı səfirliyinin əməkdaşı çoxmərtəbəli binadan yıxılaraq ölüb.
APA-nın ISNA-ya istinadən verdiyi xəbərə görə, Tehran təcili yardım xidmətinin rəsmisi bildirib ki, 51 yaşlı qadın paytaxtın Kamraniyə rayonunda yerləşən çoxmərtəbəli binanın damından yıxılıb.
Təcili yardım xidmətinin nümayəndəsi isveçrəli qadının meyitinin məhkəmə-tibbi ekspertlərinə təhvil verildiyini deyib.
"Sky News Arabia" telekanalının məlumatına görə, ölən şəxs İsveçrənin Tehrandakı səfirliyinin birinci katibi vəzifəsində çalışıb. Diplomat ABŞ-ın İrandakı maraqlarının təmsil olunması ilə bağlı məsələlərdən məsul olub.

banner

Oxşar Xəbərlər