• cümə, 26 Aprel, 11:46
  • Baku Bakı 12°C

ABŞ-ın Azərbaycanın ümumi idxalındakı payı artıb

13.12.20 20:00 423
ABŞ-ın Azərbaycanın ümumi idxalındakı payı artıb
2020-ci ilin 10 ayının yekunları üzrə ABŞ-dan Azərbaycana məhsul idxalı illik hesablamada 17,6 faiz azalaraq 567,5 milyon dollar təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında deyilir.
ABŞ-ın Azərbaycanın ümumi idxalındakı payı ümumi həcmin 6,47 faizini təşkil edib, ötən il bu göstərici 6,01 faiza bərabər olub.
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan ABŞ-a ixrac 17,66 milyon dollar təşkil edib, ötən il isə bu rəqəm 19,035 milyon dollar olub.
ABŞ-ın Azərbaycanın ümumi ixracındakı payı 0,14 faiz təşkil edib.
Azərbaycanla ABŞ arasında xarici ticarət əməliyyatlarının həcmi 585 milyon dollar təşkil edib.
banner

Oxşar Xəbərlər