9 ay ərzində Aralıq dənizində 2550 miqrant ölüb
Beynəlxalq Miqrasiya Təşkilatı dəniz yolu ilə Avropaya gedən miqrant sayının son doqquz ayda təxminən 130 minə çatdığını açıqlayıb.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, Aralıq dənizində ölən miqrant sayının isə 2550 olduğu bildirilib.
Miqrantların çoxunun Nigeriyadan gəldiyi qeyd edilib.