AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

6 iyunda gözlənilən hava şəraiti

6 iyunda gözlənilən hava şəraiti

Təfsilat
05 İyun 2020, 14:38 188
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə  iyunun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər  arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20, gündüz  24-28, Bakıda  gecə 18-20, gündüz  26-28 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  50-60 faiz təşkil edəcək.   

İyunun 6-da  Azərbaycanın bəzi rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz  27-32, dağlarda gecə 8-13, gündüz  16-21 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

İyunun 6-da Abşeron yarımadasında  arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da  bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.