• cümə, 26 Aprel, 17:07
  • Baku Bakı 23°C

50 uşaq icma əsaslı sosial reabilitasiya mərkəzinə cəlb olunub

19.10.19 13:00 564
50 uşaq icma əsaslı sosial reabilitasiya mərkəzinə cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında "Sosial İnkişafa Yardım” İctimai Birliyi tərəfindən Kürdəmir rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış icma əsaslı sosial reabilitasiya mərkəzinə 50 uşaq cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, mərkəzin mütəxəssisləri tərəfindən ilk növbədə funksional qiymətləndirmə aparılmaqla uşaqların gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemləri araşdırılır. Bu problemlərin aradan qaldırılması üçün aktiv terapiya və oyun terapiyası kimi müasir reabilitasiya üsulları tətbiq edilir, loqopedik və psixoloji məşğələlər təşkil edilir. Uşaqlarda zəruri bacarıq, o cümlədən ünsiyyətqurma bacarığı və vərdişlər formalaşdırılır. Erkən müdaxilə və inklüziv təhsil xidmətləri göstərilir.
Uşaqların ailələri ilə də övladları ilə davranış, onların reabilitasiyasına ev şəraitində dəstək tədbirləri, müvəkkillik və s. üzrə maarifləndirmə işləri aparılır.
banner

Oxşar Xəbərlər