AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat
08 İyul 2020, 14:23 284
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 44,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,09 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 43,55 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.