AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

İqtisadiyyat
06 İyul 2020, 14:30 304
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, iyulun 6-da qızılın qiyməti iyulun 3-ü ilə müqayisədə 1,7 manat (0,06 faiz) azalaraq 1 unsiya üçün 3 015,018 manat təşkil edib.
Gümüş 0,0012 manat (0,01 faiz) ucuzlaşaraq 1 unsiya üçün 30,6237 manata bərabər olub.
Platinin qiyməti 1,2155 manat (0,09 faiz) azalaraq 1 383,664 manat, palladiumun qiyməti 11,288 manat (0,3 faiz) artaraq 3 259,138 manat təşkil edib.
Bir ay ərzində bir unsiya qızıl 110,211 manat (3,8 faiz) bahalaşıb, gümüş 0,5477 manat (1,8 faiz) bahalaşıb, platin 37,8505 manat (2,7 faiz) ucuzlaşıb, palladium 57,035 manat (1,7 faiz) ucuzlaşıb.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.