• cümə, 26 Aprel, 16:03
  • Baku Bakı 23°C

Azərbaycan nefti bahalaşır

23.06.20 11:22 669
Azərbaycan nefti bahalaşır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 22-də 43,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 42,8 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər