• cümə, 26 Aprel, 11:06
  • Baku Bakı 12°C

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb

28.12.19 16:45 723
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb
ABŞ-dakı aktiv qazma qurğularının sayı geriləyib.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 8 ədəd azalaraq 805 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 278 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 8 ədəd geriləyərək 677 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 208 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı 125 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 73 ədəd geriləyib.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.
banner

Oxşar Xəbərlər