“Azeri Light”ın bir barrelinin qiyməti 62 dolları ötüb

“Azeri Light”ın bir barrelinin qiyməti 62 dolları ötüb

İqtisadiyyat
10 Oktyabr 2019, 11:36 111
Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb.
AZƏRTAC xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,38 dollar artaraq 62,02 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.