Birjalarda neftin qiyməti

Birjalarda neftin qiyməti

İqtisadiyyat
10 Oktyabr 2019, 11:23 105
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar geriləyərək 58,26 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar ucuzlaşaraq 52,52 dollar təşkil edib.