• cümə, 26 Aprel, 17:57
  • Baku Bakı 23°C

Hava yağmursuz keçəcək, duman olacaq

14.12.17 14:20 3070
Hava yağmursuz keçəcək, duman olacaq
Bakı və Abşeron yarımadasında dekabrın 15-də buludluhavaşəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

ETSN-dənAPA-ya verilən məlumata görə,havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti təşkil edəcək.

Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər