Azərbaycanda “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” keçiriləcək
Azərbaycan Texniki Universitetində (AzTU) "Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” - İSMMS 2017 keçirilir. Sentyabrın
11-i Simpoziumun Plenar İclası təşkil olunub.
İştirakçılar iclasdan öncə AzTU-da yerləşən Heydər Əliyev Mərkəzində Ulu
Öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərlə tanış olublar.
Simpoziumun Plenar İclasında AzTU-nun rektor əvəzi Xalıq Yahudov öncəliklə
Sipoziumun əsas təşkilatçısı olan Maşın
və mexanizmlər elmi üzrə Beynəlxalq Federasiya (IFToMM) və Federasiyanın Azərbaycan
Komtəsi haqqında məlumat verib. Bildirilib ki, bu Federasiya 1969-cu ildə
Mexanizmlər və Mexanika Nəzəriyyəsinin inkişafı üzrə Polşada keçirilən ikinci Dünya
Konqresində təsis olunubr. Federasiyanın əsas məqsədi maşın və mexanizm nəzəriyyəsi
üzrə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.
1995-ci ilə qədər Federasiyaya 13 ölkə daxil olub.
1995-ci ildə Federasiyanın doqquzuncu Dünya Konqresinin Baş Assambleyası
(İtaliya, Milan şəh.) Azərbaycan Komitəsini (AzCIFToMM) təsdiq etdi. Azərbaycan Komitəsi elmi qurum olaraq Azərbaycan
Texniki Universitetinin nəzdində yaradılıb və onun sədri texnika elmləri
doktoru, professor Rasim Əlizadə təyin edilib.
Xalıq Yahudov qeyd edib ki, bu Simpoziumun keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Texniki Universitetində müvafiq əmr
verilib. Əmrə əsasən Simpoziumun Beynəlxalq
və yerli təşkilat Komitələri
formalaşdırılıb və bu Komitənin tərkibinə Azərbaycan, Türkiyə, Rusiya,
ABŞ, İngiltərə, Kanada, Portuqaliya, Qazaxıstan, Sinqapur, Rumıniya kimi ölkələrin
tanınmış alimləri daxil edilib. Rektor əvəzi bildirib ki, Simpoziumun
"Manipulytorlar və robotlar”, "Mexanizmlərin kinematikası və sintezi”,
"Maşınların dinamikası” və "Nəqliyyat vasitələri” bölmələri üzrə fəaliyyət göstərməsi
müəyyənləşdirilib və bununla bağlı AzTU-nun rəsmi internet səhifəsi www.aztu.edu.az saytında
geniş məlumat yerləşdirilib. Xalıq Yahudov əlavə edib ki, Simpoziumda xarici
qonaqlarla bərabər Respublikanın 30-dan çox Nazirlik, Komitə, Agentlik, Ali məktəb,
Elmi-tədqiqat İnstitutları və digər qurumlarından nümayəndələr təmsil olunur.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov çıxış edərək
Sipoziumun Azərbaycanda, ələxüsus AzTU-da keçirilməsinin əhəmiyyətindən və gələcəkdə
Respublika elminə verəcəyi töhfədən danışıb.
Daha sonra Plenar İclasın məruzələri dinlənilib. Amerika Birləşmiş
Ştatlarının Stenford Universitetinin profesorları Bernard Roth və Oussama
Khatib, həmçinin AzTU-nun kafedra müdiri, AzCIFToMM-un sədri, professor Rasim Əlizadə robotexnika üzrə maraqlı məruzə ilə çıxış ediblər.
Məruzələrdə robotexnika üzrə ən son texnologiyalardan, eləcə də həmin
texnologiyaların müxtəlif obyektlər üzərində tətbiqi haqqında geniş məlumat
verilib.
Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Maşın və
Mexanizmlər Elmi üzrə Azərbaycan Beynəlxalq Komitəsi (AzC IFToMM), İzmir
Texnologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən Simpoziumun əsas məqsədi
maşın və mexanizmlər elminin inkişafında maraqlı olan alimlərin, mütəxəssislərin
və digər qrupların bir araya gətirilməsi və onların elmi işlərinin müzakirə
vasitəsi ilə mübadiləsini təmin etməkdir.
Qeyd edək ki, 4 gün davam edəcək Beynməlxalq Sipozium bölmə iclasları
ilə davam etdiriləcək.