• cümə, 26 Aprel, 04:10
  • Baku Bakı 16°C

Azərbaycan nefti ucuzlaşıb

07.07.17 11:10 1198
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 48,48 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,68 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 47,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,69 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 5-də 45,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,75 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 5-də 47,63 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,66 dollar/barel azdır.
banner

Oxşar Xəbərlər