• çərşənbə axşamı, 19 mart, 09:09
  • Baku Bakı 8°C

Rusiya Dövlət Sosial Universiteti ÜAK-ın taleyi ilə bağlı narahatlığını ifadə edib

23.05.17 18:19 851
Rusiya Dövlət Sosial Universiteti ÜAK-ın taleyi ilə bağlı narahatlığını ifadə edib
Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Rusiya Ədliyyə Nazirliyinə müraciət edib.

Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, müraciətdə qeyd olunur ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır ÜAK-la əməkdaşlıq edir və bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb.

Həmçinin vurğulanır ki, ictimai təşkilat olan ÜAK-ın yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır, 2004-cü ildə ÜAK-ın II Qurultayında Rusiya prezidentiVladimir Putinvə Azərbaycan prezidentiİlham Əliyeviştirak edib:
"ÜAK-ın qeydiyyatı, təşkilatın gələcək taleyi ilə əlaqədar öz narahatlığımızı ifadə edirik. Belə təşkilatların fəaliyyəti Rusiya və Azərbaycan xalqı arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan diasporunun Rusiyanın ictimai həyatında layiqli iştirakı üçün zəruridir”.
banner

Oxşar Xəbərlər