• çərşənbə axşamı, 19 mart, 06:47
  • Baku Bakı 8°C

Atəşkəs rejimi 117 dəfə pozulub

15.05.17 10:45 703
Atəşkəs rejimi 117 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Bala Cəfərli, Qızılhacılı, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor, Ayqepar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olanAğdamrayonunun Nəmirli, Qaraqaşlı, Cəvahirli, Yusifcanlı,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli vəCəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,Ağdam,XocavəndvəFüzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər