• cümə, 26 Aprel, 04:10
  • Baku Bakı 16°C

Sabaha olan hava proqnozu açıqlanıb

12.05.17 13:20 1210
Sabaha olan hava proqnozu açıqlanıb
Mayın 13-dəBakıda və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya bildirilib ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti,Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 13-14-də Abşeron yarımadasında kompfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən, əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən,havayağmursuz olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər