AZE | RUS | ENG |


Güclü külək əsəcək

Güclü külək əsəcək
Aprelin 21-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
 
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 8-12° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz  19-21° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  765 mm civə sütunundan 760 mm civə sütununa  enəcək. 
 
Nisbi rütubət   gecə 70-80 %, gündüz  45-55 %  təşkil edəcək.
 
Aprelin 22-də gün ərzində  Bakı və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin  əsəcəyi gözlənilir.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir. 
 
Aprelin 21-i gündüzdən 25-dək qərb, şimal-qərb küləyinin bəzi yerlərdə arabir güclü olacağı gözlənilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7014
GBP 1 İngilis funt sterlinqi 2.2116
TRY 1 Türk lirəsi 0.4775
KWD 1 Küveyt dinarı 5.6089
SEK 1 İsveç kronu 0.1960
EUR 1 Avro 1.9152
CHF 1 İsveçrə frankı 1.7506
USD 1 ABŞ dolları 1.7023