AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

11001-dən biri SƏNsən!

11001-dən biri SƏNsən!

Təfsilat
09 İyun 2016, 16:36 2105
Ölkənin ən böyük gənclər tədbirinin məşhur simaları açıqlanıb. Belə ki, 25 İyun tarixində baş tutacaq və 11 001 gəncin iştirak edəcəyi "IB Gənclər Festivalı”nda gənclərin qarşısında çıxış edəcək  Bəhram Bağırzadə, müğənni kimi Elnur Məmmədov və Rauf ictimaiyyətə təqdim olunub. Gənclərin sevimlisi olan digər məşhurlar isə yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, IB Gənclər Festivalının aparıcıları Hüsniyyə Məhərrəmova və Murad Arifdir.
Festivalda ödənişsiz olaraq iştirak etmək üçün IB Club baş ofisinə (Caspian Business Center) və ya 1 saylı ASAN Mərkəzinə müraciət etmək lazımdır.
Təşkilat Komitəsindən verilən məlumata görə artıq qeydiyyatdan keçən gənc sayı 14 000 nəfəri keçib. Eyni zamanda artıq 5000 nəfərdən çox gənc dəvətnamələri IB Club ofisi və ASAN mərkəzlərindən əldə edib.
Təşkilatçı: "IB Club” Gənclərin İnkişaf Mərkəzi və Neftçi PFK
Təşkilati dəstək: YAP Gənclər Birliyi və ASAN Könüllüləri təşkilatı
Kreativ dəstək: Brandup Digital Agency, İcraçı tərəfdaş: Gravity inc.
Ətraflı məlumat: +994552384008 və ya  www.ibgenclerfestivali.az
11001-dən biri SƏNsən!
Arenaya gəl, həyəcanı yaşa!