• çərşənbə, 24 Iyul, 18:48
  • Baku Bakı 30°C

Xeyirin "Şər" üzərində qələbəsi - Türkiyə qazandı!

28.05.23 23:07 1301
Xeyirin "Şər" üzərində qələbəsi - Türkiyə qazandı!

Rəcəb Təyyib Ərdoğan bu dəfə də qazandı, 21 il ərzində keçirilən bütün seçkilərin qalibidir. Müxalifətin formalaşdırdığı “altılı masa”nın Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu zəfərə daşımağa gücü yetmədi. Haqq-ədalət qələbə çaldı. Türkiyə xalqı təkcə Türkiyənin yox, Türk Dünyasının uzun vədəlik müqəddəratını həll etdi.

Nəticədə Rəcəb Tayyib Ərdoğan 52 % səslə prezident seçkilərinin ikinci turunun-həlledici mərhələnin qalibi olmaqla Türkiyənin yenidən dövlət başçısı seçildi. Türkiyə siyasətində yeni Ərdoğan dövrü başlayır.

Türkiyənin və Türk Dünyasının liderini bu qələbə münasibəti ilə ilk təbrik edən də elə məhz qardaşı gözlənilən kimi Prezident İlham Əliyev oldu. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək. Bəli, bu belə də olacaq. Türkiyə və Türk Dünyası daha da güclənmək yolunda çox həlledici bir mərhələyə başlayır.

Rəcəb Təyyub Ərdoğanın qarşısında daha mürəkkəb vəzifələr var. Ona bundan sonra olacaq təzyiqlər indikindən bəlkə də daha çox olacaq. Amma bu Ədoğan üçün ilk sınaq deyil. O artıq 20 ildən çoxdur istər daxildəki, istərsə də xaricdəki düşmənlərin müxtəlif təzyiqlərini, hücumlarını çox müdrikcəsinə dəf edərək həm ölkənin milli maraqlarını qorumağı bacardı, həm də bu illər ərzində Türkiyəni dünyanın lider ölkələri sırasına qaldırdı.

Azərbaycana gəldikdə bu müttəfiqlik indən belə daha da güclənəcək və bu bizə Qarabağda yerdə qalan məsələləri də həll etməyə imkan verəcək. Buna görə də Ərdoğanın qələbəsi Türkiyənin düşmənləri ilə yanaşı Azərbaycanın düşmənlərini də məyus etdi. Çünki bu regionda hegemonluq eşqinə düşən, mövcud reallıqları dəyişmək xülyası ilə alışıb-yanan qüvvələr, aktorlar bundan sonra da Cənubi Qafqazda Əliyev-Ərdoğan faktoru ilə əvvəlki tək hesablaşmalı olacaq. Təbii ki, Türkiyədə demokratiya, milli iradə qələbə qazandı. Bu seçki elə demokratiyanın mübarizəsi idi. Nəticə isə hər şeyi deyir.

Trend

banner

Oxşar Xəbərlər