• bazar ertəsi, 02 dekabr, 17:08
  • Baku Bakı 7°C

Sevgiləri zarafatla başlayan cütlük - Ailə

28.05.21 10:00 18857
Sevgiləri zarafatla başlayan cütlük - Ailə
Murad Safiyev: "Ailəcanlı adamam, evdə olmağı sevirəm deyə, yanında rahat ola biləcəyim adamı seçməli idim”
 
Qumru Safiyeva: "Evi 2 həftə yığışdırmasam, bir kəlmə deməz ki...”
 
Biri məsələlərə bir az ciddi yanaşır, digəri zarafatcıldır. Biri problem olanda depressiyaya düşürsə, digəri daha tez çıxış yolu tapmağa çalışır. Birinin gəzmək, səyahət etmək əhvalını daha çox qaldırırsa, o biri evdə də özü üçün yaxşı əyləncə qura bilir. Bu cür olmaqla bir-birlərini tamamladıqlarını bildirirlər.
 
Söhbət "Azerfon MMC”də satış kanallarının strategiyası üzrə mütəxəssis vəzifəsində çalışan Murad Safiyev100.5 FM-in xəbər aparıcısı Qumru Safiyeva cütlüyündən gedir.
 
"Ailə” rubrikamızın qonağı olan Muradla Qumru 4 ildir evlidirlər, Alsu adlı 1 yaşlı qızları var.
 
Cütlüyümüzün tanışlığı iş çərçivəsində olub. Qumru deyir ki, bir yerdə işlədikləri ilk bir il müddətində hər hansı sevgi olmayıb: "Mən 2011-ci ildən "Araz FM”də işləyirdim. Müəyyən vaxtdan sonra düşündüm ki, komfort zonadan çıxmalıyam. Televiziyadan iş təklifi gəlirdi, xaricdə təhsil almaq da istəyirdim. Bu məqsədlərlə bir neçə dəfə işdən çıxmağa çalışsam da, hər dəfə nəsə problem yaranırdı, qalırdı. 2015-ci ilin axırı isə Murad bizim ofisə gəldi. Bir il iş yoldaşı olduq, dost da deyildik. 2016-cı ildə radioda təmir başladı, bütün işçiləri 2 otağa yığdılar. Otaq yoldaşlığı bizim münasibətlərə də təsir göstərdi”.
 
Muradın radioda işləmək fikri olmayıb, işlərin bu cür davam etməsinin isə sanki onların bir araya gəlməsi üçün bir ssenari olduğunu deyir: "Qumru işdən çıxmaq istəyirmiş, alınmırmış. Mən isə bank sektorunda çalışırdım, televiziya və radioda işləmək haqqında düşünmürdüm. Sadəcə yaxşı təklif oldu və "Xəzər” telekanalının marketinq departamentinə keçmək qərarı verdim. Bu işdən öncə bir aylıq "Araz FM”-ə müəyyən məsələləri öyrənmək üçün gəlmişdim, amma elə oldu ki, il yarım qalası oldum. Sonra heç televiziyaya getmədim də. Sanki hər şey bizi bir araya gətirmək üçün ssenari idi”.
 
 
banner

Oxşar Xəbərlər