Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq
![Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq](https://www.kaspi.az/storage/posts/large/JsQcTJGAHmYtX3WaPsCcpw2I3kb2FojI3XGNd4vf.jpg)
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq.
Nisbi rütubət 60-65 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 4-8° isti, gündüz 10-14° isti olacaq.
![banner](/images/kaspibanner.jpg)