• cümə axşamı, 01 may, 06:49
  • Baku Bakı 10°C

Global Media Group “Peşəkar Media Məktəbi”nə start verib - FOTO

30.04.25 16:53 181
Global Media Group “Peşəkar Media Məktəbi”nə start verib - FOTO

"Global Media Group" həyata keçirdiyi “Media Akademiyası” layihəsinin növbəti proqramına – “Peşəkar Media Məktəbi”nə start verib.

Layihənin məqsədi gənclərə media sahəsində praktiki-nəzəri bilik və bacarıqlar qazandırmaq, onların peşəkar inkişafını dəstəkləmək, həmçinin, təlimləri uğurla tamamlayan iştirakçıları “Global Media Group”a daxil olan şirkətlərdə işlə təmin etməkdir. Layihə çərçivəsində jurnalistika, SMM, fotojurnalistika kimi təlimlərlə yanaşı, təqdimat bacarıqları, ictimaiyyətlə əlaqələr, vaxtın idarə olunması və digər şəxsi inkişafa yönəlmiş təlimlər də təşkil olunur. 

“Peşəkar Media Məktəbi” haqqında gənclərə ətraflı məlumat vermək məqsədilə ölkənin müxtəlif ali təhsil müəssisələrində təqdimatlar təşkil olunub. Tələbələrə “Global Media Group”un fəaliyyəti və “Media Akademiyası” layihəsinin mövcud məktəbləri, həmçinin, yeni fəaliyyətə başlayan “Peşəkar Media Məktəbi” haqqında ətraflı məlumat verilib. Eyni zamanda, tələbələrin sualları cavablandırılıb və məktəbə müraciət edən gənclərlə ilkin müsahibələr təşkil edilib.

Qeyd edək ki, “Global Media Group” Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, “Medianın Dayanıqlı İnkişafı” fəaliyyət istiqaməti çərçivəsində artıq 2 ildir ki, uğurla həyata keçirdiyi “Media Akademiyası” layihəsi vasitəsilə gənclərin media sahəsində inkişafına töhfə verir. Layihə çərçivəsində artıq Baku TV “Rəqəmsal Media Məktəbi” və Report “Media Məktəbi” fəaliyyət göstərir.

***
“Global Media Group” haqqında:

“Global Media Group” 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən ən böyük media-holdinqlərdən biridir. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. Global Media Group haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz. 

banner

Oxşar Xəbərlər