• bazar ertəsi, 02 dekabr, 18:53
  • Baku Bakı 8°C

İntim görüntüsü yayılan FHN polkovnikinə hökm oxundu

24.05.23 22:15 3401
İntim görüntüsü yayılan FHN polkovnikinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü Z. Mirzəyev 1 il 6 ay dövlət orqanlarında vəzifə tutmaq qadağan olunmaqla 3 il 6 ay azadlıqdan məhrum edilib.

Qərara görə, həmçinin Z. Mirzəyevə qarşı zərərçəkmişin mülki iddiası təmin edilib. Z. Mirzəyevdən 4 min manat tutularaq zərərçəkmişə verilməsi təmin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsin 5 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Z.Mirzəyev ötən ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.

banner

Oxşar Xəbərlər