şənbə, 09 Dekabr, 05:11

Baku Bakı 8°C

Lənkəranda yol qəzası ilə bağlı cinayət işi başlandı, sürücü saxlanıldı - VİDEO

icon 593 icon 20 may 2023 | 12:30
Lənkəranda yol qəzası ilə bağlı cinayət işi başlandı, sürücü saxlanıldı - VİDEO


Lənkəranda ölümlə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücü saxlanılıb.

Trend-in məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən "Hyundai" markalı avtomobilin sürücüsü Əli Rufullazadə istintaqa təhvil verilib.

Xatırladaq ki, Lənkəran rayonu Sütəmurdov kəndinin ərazisində Ə.Rufullazadənin idarə etdiyi "Hundai" markalı avtomobillə N.Turabovun idarə etdiyi "Vaz" markalı avtomobil toqquşub. Nəticədə "Vaz" markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırılsa da dünyasını dəyişib, sərnişin Ü.Hüseynova isə xəsarət alıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.