• şənbə, 20 Aprel, 00:13
  • Baku Bakı 15°C

Ermənistan sülh müqaviləsinin imzalanmasını nə üçün gecikdirir? - VİDEO

28.05.23 19:00 1261
Ermənistan sülh müqaviləsinin imzalanmasını nə üçün gecikdirir? - VİDEO

Məsələ sülh sazişi imzalamaq üçün hazır olub-olmamaqda deyil, Nikol Paşinyanın bu sazişi imzalamaq qorxusundadır. Çünki o, buna hazır ola bilər, amma qorxur ki, radikal əhval-ruhiyyəli əhalinin müəyyən hissəsi bunu qəbul etməyə və Ermənistanda müəyyən proseslər başlaya, nəticədə o, vəzifədən uzaqlaşdırıla bilər. Beləliklə də, Paşinyan özü üçün, kreslosu, vəzifəsi üçün qorxur.

Bunu “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidov deyib.

“Ona görə də indi müşahidə etdiyimiz bütün bu təxribatlar baş verir. Təəssüflər olsun ki, siz və mən liderlər arasında hər hansı mühüm danışıqlardan əvvəl “ənənəvi” təxribatlara öyrəşmişik. Mən istər Rusiya, istərsə də Qərbin vasitəçilik etdiyi Ermənistan - Azərbaycan danışıqlarını nəzərdə tuturam. Lakin biz görürük ki, təxribatlar danışıqlardan sonra da “ənənəvi” hal alır. Mən hesab edirəm ki, bununla N.Paşinyan dünya ictimaiyyətinə göstərmək istəyir ki, münasibətlər idealdan uzaqdır və buna görə də onlar deyirlər ki, biz sülhə imza ata bilmərik. Təxribat hücumları xüsusi olaraq həyata keçirilir ki, bizi cavab tədbirləri görməyə sövq etsinlər, bizi təxribata çəksinlər və sonra bütün dünyaya “əgər Azərbaycan belə edirsə, bundan sonra onunla necə müqavilə bağlayaq”, - deyə bəyan etsinlər.
Daha ətraflı CBC TV-nin videomaterialında:

banner

Oxşar Xəbərlər