AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev

Yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev

Cəmiyyət
10 Aprel 2021, 18:00 1102
"Media haqqında” yeni qanun layihəsi hazırlanıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.
Onun sözlərinə görə, qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib: "Yeni qanun layihəsində bir sıra vacib məsələlər öz əksini tapıb. Bu qanun layihəsi medianın inkişafına imkan verəcək”.