• çərşənbə, 28 May, 00:31
  • Baku Bakı 20°C

Xarici İşlər Nazirliyində struktur dəyişikliyi edilib

04.05.21 20:30 886
Xarici İşlər Nazirliyində struktur dəyişikliyi edilib
Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının 25 aprel 2021-ci il tarixli qərarı ilə nazirlikdəTəşkilat-nəzarət idarəsiadlı yeni struktur bölməsi yaradılıb.
Bu barədəKaspi.az-a XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Beləliklə də yeni təyin edilən nazir müavini Elnur Məmmədovun kurasiyasında olan idarələr müəyyənləşib.
Onlar aşağıdakılardır:
- Amerika idarəsi;
- Asiya İdarəsi
- UNESCO üzrə Azərbaycan Respublikasının Daimi Katibliyi
- Ümumi Katiblik
- Linqvistik təminat idarəsi;
- Arxiv İdarəsi;
- İşlər İdarəsi;
- Xüsusi şöbə.
Hazırda bu struktur bölməsinin tərkibinin komplektləşdirilməsi gedir.

banner

Oxşar Xəbərlər