• cümə, 26 Aprel, 10:56
  • Baku Bakı 12°C

Vətən müharibəsində şəhid olmuş hərbçi ilə Gəncədə vida mərasimi keçirilir

28.04.21 13:03 356
Vətən müharibəsində şəhid olmuş hərbçi ilə Gəncədə vida mərasimi keçirilir
Gəncədə şəhidlə vida mərasimi keçrilir.
APA-nın yerli bürosunun məlumata görə, Azərbaycan Ordusunda hərbi xidmət edən hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Elvin Fuad oğlu Mustafayevin nəşi doğulduğu Gəncə şəhəri Cavad Xan qəsəbəsində yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edir.
Qeyd edək ki, Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü. Ötən gün ordumuzun hərbi qulluqçusunun şəhid olduğu məlum olub.

banner

Oxşar Xəbərlər