• şənbə, 20 Aprel, 06:42
  • Baku Bakı 14°C

Türkiyə Azərbaycanda innovasiya ekosisteminin gücləndirilməsi üzrə əməkdaşlığa hazırdır

30.07.22 14:30 3541
Türkiyə Azərbaycanda innovasiya ekosisteminin gücləndirilməsi üzrə əməkdaşlığa hazırdır

Azərbaycanda innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində Türkiyənin aidiyyəti qurumları hər zaman birgə əməkdaşlığa hazırdır.

"Report" xəbər verir ki, bu barədə AMEA Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidovun və Radiasiya Problemləri İnstitutunun aparıcı mühəndisi Namiq Heydərovun İstanbula səfəri çərçivəsində bildirilib.

"Nəticə olaraq YTP-nin İnkubasiya və Texnologiyaların transferi Mərkəzinin fəaliyyətini gücləndirmək məqsədilə müxtəlif proqramlar vasitəsilə ideyası olan şəxslərin fərdi və qrup halında bu Mərkəz vasitəsiylə öz texnologiyalarını sənayeyə transfer etmələri, eləcə də sahibkarlığa dair mentorluq xidmətləri və digər təlimlərin verilməsi, əqli mülkiyyətlərin qorunması prosesi, Avropa Birliyi layihələrində birgə iştirak, prototip emalatxanasının qurulması və digər istiqamətlərdə Türkiyənin adı çəkilən qurumları tərəfindən dəstəyinin verilməsinə dair razılıq əldə edilib", - YTP-nin məlumatında deyilir.

Səfər çərçivəsində Azərbaycan və Türkiyənin nümayəndələri AMEA Yüksək Texnologiyalar Parkının (YTP) inkişaf etdirilməsi, Azərbaycanda universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, Texnologiyaların Transferi Mərkəzlərinin əhəmiyyəti, İnkubasiya Mərkəzləri vasitəsilə ideyadan sahibkarlığa doğru irəliləməyin yolları müzakirə edilib.

İstanbul Texnik Universiteti Texnoparkının Baş direktoru, professor Atilla Dikbaş, Özyegin Universitetinin Bilik, Texnologiyaların Transferi və Sahibkarlıq Departamentinin rəhbəri İsmayıl Ari, Bilişim Vadisinin Dizayn Mərkəzinin direktoru Pinar Sipahi, İstanbul Koç Universitetinin Texnologiyaların Transferi Mərkəzinin direktoru Ebru Tan və Yıldız Teknik Universitetinin Beynəlxalq və İnvestisiya Əlaqələri Departamentinin direktoru Baran Kılıçer ilə keçirilən görüşlərdə adı çəkilən qurumların fəaliyyətləri ilə bağlı təqdimatlar dinlənilib, müzakirələr aparılıb və əməkdaşlığa dair təkliflər səsləndirilib.

banner

Oxşar Xəbərlər