• cümə axşamı, 25 aprel, 03:11
  • Baku Bakı 19°C

“Heydər zirvəsi”nə yürüş

10.05.23 11:09 6036
“Heydər zirvəsi”nə yürüş

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Şahdağ” Turizm Mərkəzinin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş təşkil edib.

Zirvə dahi liderin adını daşıyan, Şahdağ Milli Parkının ərazisində, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşir. 

Yürüş iştirakçıları əvvəlcədən müəyyənləşdirilmiş marşrut əsasında, xüsusi bələdçinin müşayiəti ilə zirvəyə qalxaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. İştirakçılar zirvədə Azərbaycanın Dövlət bayrağını dalğalandırıblar.

banner

Oxşar Xəbərlər