Tonyukuk yazılı mətnləri türk xalqının qəhrəmanlığına ucaldılmış əbədiyyət abidəsidir

AZƏRTACxəbər verir ki, Beynəlxalq Türk Akademiyası, qədim türk sivilizasiyasının və yazı mədəniyyətinin əsas abidələrindən biri, UNESCO-nun 2020-ci il yubileylər siyahısına salınan Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş Beynəlxalq onlayn konfransında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli Orxon-Yenisey abidələrini Türk dünyasının ən qədim yazılı mətnləri və türk yazılı ədəbiyyatının ilk nümunəsi adlandırıb.
O, Türkiyə Cümhuriyyəti Qafqaz Universitetlər Birliyinin sədri professor-doktor Ramazan Qorxmazla 2018-ci ilin avqustunda Monqolustanda Bilgə Kağan, Gültegin və Tonyukuk abidələrini ziyarət etdiklərini söyləyib. Bildirib ki, Azərbaycandakı, Türkiyə və Orta Asiyadakı qayaüstü rəsmlər, damğalar və yazı elementləri Orxon-Yenisey abidələrindən qədim olub. Bu qayaüstü yazılar Orxon-Yenisey abidələri mədəniyyətinin başlanğıcıdır. Gəmiqaya-Qobustan, İssıkkul-Qars mədəniyyətindən başlanan türk yazı sistemi təkmilləşdirilib inkişaf etdirilməklə Orxon-Yenisey abidələrinə çevrilib və tamamlanıb.
Azərbaycanda qədim türk abidələrini, o cümlədən Tonyukuk abidələrini dilçilər, ədəbiyyatçılar, sənətşünaslar, tarixçilər və coğrafiyaşünaslar müxtəlif istiqamətdə tədqiq edib öyrəndiyini vurğulayan akademik, Azərbaycanda Orxon-Yenisey abidələrinə həsr olunmuş kitablardan və məqalələrdən mükəmməl bir mini- kitabxananın toplanmasının mümkünlüyünü qeyd edib. Azərbaycan alimlərindən Abbasqulu Məhərrəmov, Əlisa Şükürov, Yunis Məmmədov, Nizami Cəfərov, Əbülfəz Rəcəbli, Tofiq Hacıyev, Əbülfəz Quliyev, Nizami Xudiyev, Ramiz Əsgər, Məmmədəli Qıpçaq, Firidun Rzayev və başqaları Orxon-Yenisey abidələri haqqında qiymətli monoqrafiyalar və dissertasiyalar yazıb, sanballı kitablar nəşr edib. Akademik İ.Həbibəylinin fikrincə Tonyukuk yazılı mətnlərinin dili daha sadə və anlaşıqlıdır, mətnləri sanki xalq dilində yazılıb. Bu mətnlər xalq təfəkkürünə daha yaxındır. Burada atalar sözləri və məsəllərə də rast gəlmək mümkündür. Ən əsası da odur ki, Tonyukuk mətnləri Göytürk hökmdarının baş vəziri Tonyukuk tərəfindən yazılıb. Alimin fikrincə, abidənin Tonyukukun diktəsi ilə başqası tərəfindən yazılmasına dair ehtimallar da vardır. Əgər başqası olmuşdursa da, o, yalnız mətni daş üzərində oymaq üsulu ilə yazmaq üçün texniki işi yerinə yetirib.
Beynəlxalq Türk Akademiyasının "Böyük Çöl Sivilizasiyası: Tonyukuk İrsi və Çağdaş Türk dünyası” onlayn konfransında akademik İ.Həbibbəyli, təəssüflə qeyd edib ki, digər Orxon-Yenisey kitabələri kimi Tonyukuk abidəsi də ədəbiyyatşünaslıq cəhətdən az öyrənilib. Özündə bir çox bioqrafik məlumatları yaşadan Tonyukuk abidəsi bədii-publisist üslubda yazılmış sənədli biblioqrafik mənsur povestdir.
AMEA-nın vitse-prezidenti çıxışını bu sözlərlə yekunlaşdırıb: "Bütövlükdə, Orxon-Yenisey abidələri, o cümlədən də Tonyukuk yazılı mətnləri türk xalqının milli-mənəvi varlığına və qəhrəmanlığına ucaldılmış əbədiyyət abidəsidir. Göytürk xaqanlığının baş vəziri Tonyukuk dövlətçiliklə müdrikliyi özündə birləşdirən kamil şəxsiyyətdir. Tonyukuk mətnləri qədim türk müdrikliyinin yaşayan-əbədiyyət abidəsidir. Tonyukukun 1300 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi dünyada ədəbiyyata, milli mədəniyyətlərə, ən başlıcası isə bütün dövrlər üçün qiymətli olan müdrikliyə olan planetar ehtiramın əyani ifadəsidir”.