• cümə axşamı, 28 mart, 21:02
  • Baku Bakı 13°C

TƏBİB-lə BMT-nin Əhali Fondu əməkdaşlığı genişləndirir

06.05.23 23:00 521
TƏBİB-lə BMT-nin Əhali Fondu əməkdaşlığı genişləndirir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev ilə görüşüb.

TƏBİB-dən bildirilib ki, görüşdə agentlik və fond arasında imzalanan Anlaşma Memorandumuna əsasən icra edilən 3 illik “Azərbaycanın Cənub regionlarında təhlükəsiz analıq” layihəsinin başa çatan birinci mərhələsinin hesabatı fond tərəfindən təqdim olunub və layihənin növbəti mərhələlərinin müzakirəsi aparılıb.

Növbəti mərhələlərdə son texnologiya ilə skrininq müayinələrinin aparılması məqsədilə tibb mütəxəssislərinin təlimləndirilməsi, Lənkəranda 2 minə yaxın qadının müayinə olunması və bu müayinələr nəticəsində onlarda uşaqlıq boynu xərçəngi riskinin olub-olmamasının təyin olunması, həmin xəstəliklərlə bağlı icmaların və gənclərin maarifləndirilməsinin aparılması razılaşdırılıb.

İcraçı direktor Vüqar Qurbanov uşaqlıq boynu xərçəngi ilə yanaşı süd vəzi xərçəngi riskinin də vaxtında aşkarlanmasının bu xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli olduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətlərdə fondla əməkdaşlığın genişləndirilməsini təklif edib.

Bundan başqa, Qarabağ bölgəsində tibbi fəaliyyətə cəlb olunacaq həkimlər üçün ailə həkimliyi mövzusunda təlimlərin təşkil edilməsi müzakirə olunub və fond bu prosesə dəstək göstərməyə hazır olduğunu bildirib.

banner

Oxşar Xəbərlər