Şuşanın tarixi inciləri

Artıq
30 ilə yaxındır düşmən tapdağı altında
qalan torpaqlarımızda nadir mədəni-tarixi
abidələrimiz, dini məbədlərimiz qalır. Bunların ən böyük hissəsi sözsüz, Şuşada
yerləşir.
Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları olub. Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olub. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qəd-qamətli minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir.
Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid, bulaq vardı.
Şuşa "mağarası" Cıdır düzünün altında yerləşir. Mağaranın uzunluğu 125 metr, eni 20 metr, hündürlüyü 10 metrdir. 1976-cı ildə mağarada aparılmış qazıntı işləri zamanı eramızdan əvvəl VII-IV əsrlərə aid arxeoloji materiallar tapılıb.
17 məsciddən neçəsi qalıb?
Şuşada aşağı və yuxarı Gövhər Ağa məscidləri sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindəndir. XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərirdi. Bunlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidi, Təzə məhəllədəki məscid, Malıbəyli, Gülablı, Şelli, Yusifcanlı, Mərəzəli, Xəzəristan, Lembran, Ağcabədi, Xəlil Fəxrəddinli, Xunaşın kənd məscidləri idi. Şuşa ərazisində Hacı Yusifli, Heydəri, Hamam, Culfa, Məriyanlı, Rahatlı, Dəmirçi, Hacı Mərcanlı, Çoluçağa, Məhəlli, Çuxur, Quyuluq, Dördlər qurdu, Qapan kəndlərində də məscidlər var idi.
Şuşa şəhərində memar Kərbəlayı Səfi xan Qarabağlı tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Bu haqda məlumatı məscidin üzərindəki kitabə xəbər verir. Memarın adına Fizuli rayonunun mərkəzində yerləşən məscidin, Bərdə və Ağdamda olan məscidlərin, Şuşa şəhərinin bir sıra məhəllə məscidlərinin üzərində də rast gəlmək olar. Bütün bu abidələr XIX əsrin ikinci yarısına aiddir.
XIX yüzilliyin 80-ci illərində Ağa Qəhrəman Mirsiyab oğlunun tikdirdiyi karvansara diqqəti cəlb edir. İki mərtəbəli karvansarada 25 otaq var.
Şuşa bulaqları memarlıq baxımından daha diqqətə layiqdir. 1873-cü ildə Xurşidbanu Natəvanın tikdirdiyi Xan qızı bulağının 12 daş gözü var. Bulağın uzunluğu 15, eni 7, hündürlüyü 4 metrdir.
1864-cü ildə görkəmli rus rəssamı A.V.Vereşşagin Şuşada olmuş, şəhərin gözəl mənzərəsini təsvir etmişdir. M.Y.Lermontovda burada olmuşdur.
Son illərdə Şuşa Azərbaycanın ən iri turist və kurort mərkəzi idi. Şuşada istirahət evləri, sanatoriya, mehmanxana, pansionatlar tikilmişdir. 1979-cu ildə Cıdır düzünə gedən yolun sol tərəfində M.P.Vaqifə hündürlüyü 18 metrdən çox olan əzəmətli məqbərə ucaldılmışdı.
İşğaldan əvvəl Şuşa Mamayı məscidi, Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı məscidi əsaslı təmir edilmişdir. Görkəmli bəstəkar Üzeyir Hacıbəyovun və SSRİ xalq artisti məşhur xanəndə Bülbülün doğulub boya-başa çatdıqları evdə onların ev muzeyləri təşkil olunmuşdu. Bütün bunlardan əlavə, onu da qeyd edək ki, 10 fevral 1828-ci il tarixli Türkmənçay müqaviləsindən sonra, XIX yüzilliyin 70-ci illərində kilsə tikilib.
Şuşada ermənilərə aid heç bir maddi mədəniyyət abidəsi yoxdur. Onlar Qafqaz canişininin göstərişi ilə tikilən kilsəni utanmadan, həyasızcasına öz adlarına çıxmağa çalışırlar.
Qafqazın konservatoriyası
XIX əsrin ortalarında çarizmin müstəmləkə siyasətinə zidd olaraq Azərbaycanda yeni bir mədəni həyat qaynayırdı. Qarabağda, xüsusilə Şuşada elm və ədəbi fəaliyyət artdı. Hələ Vaqif dövründən başlayaraq, Şuşa şəhəri böyük ədəbi mərkəz kimi bütün Azərbaycanda şöhrət tapmışdı.
Azərbaycan xalqının mədəniyyət tarixində ilk dəfə olaraq teatr, sirk tamaşaları, Avropa və Şərq konsertləri, musiqi, elm, maarif və bir çox sənət məclisləri, bundan əlavə mətbəə, kitabxana, "realni uçiliş”, seminariya və bir sıra mədəni-maarif müəssisələri Şuşada yaranmışdır. XIX əsrin 40-cı illərindən başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri inkişaf edirdi. Yerli teatr həvəskarları tərəfindən teatr tamaşaları göstərilirdi. Yeri gəlmişkən qeyd etməliyik ki, Qafqazın tarixində ilk dəfə teatr tamaşaları 1845-ci ildə Tiflis şəhərində göstərilmişdi.
O vaxtları ticarətdə, mədəniyyətdə Tiflislə rəqabət aparan Şuşada isə ilk teatr tamaşaları 1848-ci ildə göstərilmişdir.
İşğal və talan
Şuşa 1992-il mayın 8-də еrməni və rus işğalçıları tərəfindən işğal еdildi. Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüşdür, Şuşa işğal edilərkən, əldə olunan məlumatlara görə, bu quldurlar tarixi abidələrimizi vəhşicəsinə dağıtmış və yerlə yeksan etmişdir.
Erməni silahlı qüvvələri Şuşanı işğal edərkən 15 ədəd etnoqrafik nümunə, 5 ədəd mis məmulatı, 2 ədəd gümüş xəncər, 1 ədəd daş qazan, 20 ədəd daş-qaşla bəzədilmiş müxtəlif əşya və digər qiymətli əşyaları Şuşa şəhər muzeyindən; 5 ədəd qiymətli qədim xalçanı, 4 ədəd kilimi, 5 ədəd xurcunu, 1 ədəd qiymətli nadir çırağı, Üzeyir Hacıbəyovun portretini və çoxsaylı digər qiymətli tarixi əşyaları Qarabağ tarix muzeyindən, Mir Möhsün Nəvvabın və Bülbülün ev muzeyindən olduqca çoxlu qiymətli və nadir əşyaları qarət etmişlər. Şuşa muzеylərinin qiymətli sərvətləri - rəsm və hеykəltəraşlıq əsərlərini, хalça və хalça məmulatlarını, хalq tətbiqi sənət nümunələrini, arхеоlоji tapıntıları, çох gərəkli sənədləri, Azərbaycanın görkəmli şəхsiyyətlərinin хatirə əşyalarını, digər qiymətli matеrialları Еrmənistana aparmışlar. İndi həmin əşyalar хarici auksiоnlarda satılır, yaхud müхtəlif sərgi və muzеylərdə dünya ictimaiyyətinə еrməni mədəniyyət nümunəsi kimi təqdim оlunur.
Beləliklə, ХХ əsrin sonunda Şuşa tariхdə görünməmiş faciəli hadisələrlə üzləşdi, işğal оlundu. Şuşa indi düşmən əlində оlsa da, əsrin əvvəllərində Şuşada fəaliyyət göstərən bir çох mədəniyyət və təhsil оcaqları işğaldan sоnra öz işlərini Bakı şəhərində və rеspublikanın başqa bölgələrində davam еtdirirlər.
Yazı Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra olunan "İşğal edilmiş torpaqlarımızda mədəni-tarixi abidələrin məhvi, təbii sərvətlərin istismarına aid faktların beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində təqdim olunur.

1891-ci
ilin yazında Şuşada şəhər varlılarından H.A.Xandəmirov tərəfindən teatr binası
tikildikdən sonra şəhərdə teatr tamaşalarının sayı artmağa başlandı. Şəhər əhli
bu tamaşalara böyük maraq göstərirdi.
Təsadüfi
deyildir ki, böyük Şeksprin məşhur "Otello” faciəsi ilk dəfə Şuşada
oynanılmışdı. 1904-cü ilin sentyabrın 1-də Xandəmirovun teatrında ilk dəfə
Azərbaycan dilində "Otello” draması tamaşaya qoyuldu. Otello rolunda əsərin
mütərcimi Haşım bəy Vəzirov oynamışdır. Xanəndəlik
sənətinin inkişafı ilə əlaqədar olaraq keçən əsrin 70-80-ci illərində Şuşada
musiqi salonları, məclisləri, dərnəklər və musiqi məktəbləri yaranmışdı. Şuşada
musiqi məktəbinin yaradıcıları Xarrat Qulu və Molla İbrahim olmuşdur. Professor
Bülbül qeyd edir ki, tələbələr 13-14 yaşına kimi Molla İbrahimin, 14 yaşından
yuxarı isə Xarrat Qulunun məktəbində musiqi dərsi keçirdilər.
Azərbaycanda
ilk Şərq konserti 1901-ci ilin yayında keçirilmişdir. Dramaturq Əbdürrəhim bəy
Haqverdiyevin rəhbərliyi altında Şuşada "Xandəmirovun teatrı”nda keçirilən bu
konsertdə məşhur sənətkarlar Cabbar Qaryağdı oğlu, Keçəçi Məhəmməd, Məşədi
Dadaş, tarzən Sadıqcan, Məşədi Zeynal , Ata Bağdagüloğlu, aşıqlardan Abbasqulu,
Nəcəfqulu və başqaları iştirak etmişdilər.
Şuşa
XX əsrin əvvəllərində Qafqazın həm konservatoriyası, həm də Azərbaycanın musiqi
beşiyi idi. O zaman Qafqazın harasına getsəydin orada çalıb-oxuyanın şuşalı
olduğunu görərdin. Təsadüfi deyildir ki, Şuşaya həm də istedadlar məskəni
deyərdilər. Bu istedadlar isə Şuşa ədəbi-musiqi məclislərinin və Qarabağ vokal
məktəbinin yetirmələridir...İşğal və talan