• cümə, 04 Iyul, 11:07
  • Baku Bakı 22°C

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

24.02.17 18:51 1084
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə açan Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev Xocalı faciəsinin xüsusi amansızlıqla törədildiyini qeyd edib: "Xocalını işğal edən erməni silahlı dəstələri dinc əhalini vəhşicəsinə məhv edərək soyqırım törədiblər. İşğal zamanı 106 nəfər qadın, 63 nəfər uşaq olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyildir. Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir”.
Zaur Abdullayev Xocalı faciəsinin soyqırım aktı kimi dünyada tanıdılması istiqamətində mühüm addımlar atıldığını bildirərək, artıq həyata keçirilən işlər nəticəsində xarici ölkələrdə, xüsusilə Avropa və Amerika ölkələrində Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş soyqırım aktı kimi tanındığını vurğulayıb.
Daha sonra "Əsrin faciəsi” filmi nümayiş etdirilib.

banner

Oxşar Xəbərlər