Qafqaz Müsəlmanları İdarəsindən müəllimlərə namaz qadağası

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda müsəlman müəllimlərin qeyri-dini təhsil müəssisələrində namaz qılması ilə bağlı məsələyə münasibət bildirib.
APA-nın xəbərinə görə, QMİ-dən bildirilib ki, Azərbaycan Respublikasında hər bir vətəndaşın, o cümlədən də hər bir müsəlmanın din və vicdan azadlığı var:
“Hər kəs öz dini ayinlərini azad formada yerinə yetirə bilər. Lakin dinimizin şəriət qaydalarına əsasən hər hansı şəxsin mülkündə onun icazəsi olmadan namaz qılmaq olmaz. Müəllimlər və ya müəllimələrin işlədikləri yer özəl müəssisədirsə, onun sahibinin icazəsi olmadan orada namaz qılına bilməz. Dövlət müəssisələrinə gəldikdə isə, əgər namaz üçün ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə namaz qılmaq tövsiyə olunur”.