AZE | RUS | ENG |


Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
 
APA-nın xəbərinə görə, müsahibə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsindən uğurla keçən fiziki tərbiyə müəllimləri üçün təşkil olunub.
 
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi ötən həftə başa çatıb. İmtahanlarda 40 minə yaxın müəllimin iştirak etdiyini deyən E. Bağırov qeyd edib ki, mövcud qaydalara əsasən, müəllimlər test mərhələsindən sonra vakant yerləri seçir və vakant yeri tutmaq hüququ əldə edənlər müsahibə mərhələsinə dəvət olunur. Onun sözlərinə görə, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə edilən yeniliyə əsasən fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə test imtahanından keçid balını toplayan namizədlərin praktik bacarıqları, qabiliyyətləri qiymətləndiriləndən sonra onlar vakant seçimi mərhələsinə buraxılacaqlar: "Əvvəlki illərdə belə hallar olmayıb. Növbəti həftə ərzində fiziki tərbiyə müəllimləri üçün vakant seçimi mərhələsinə start veriləcək. Vakant yeri tutmaq hüququ əldə edən namizədlər artıq birbaşa işə təyinat alacaq və tutduqları vakant yerlərdə işləməyə göndəriləcəklər. Növbəti həftə ərzində musiqi və təsviri incəsənət fənləri üzrə imtahandan uğurla keçən namizədlər üçün qabiliyyət imtahanları olacaq. Müvafiq olaraq musiqi müəllimləri üçün qabiliyyət imtahanları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, təsviri incəsənət müəllimləri üçün isə Azərbaycan Rəssamlıq Akademiyasında keçiriləcək”. 
 
E. Bağırov vurğulayıb ki, 3 fənn üzrə qabiliyyət imtahanlarına 1500-2000-dək müəllim cəlb olunub. Digər fənlərdən olan müəllimlərin isə vakansiya seçimi etdiklərini deyən şöbə müdirinin müavini qeyd edib ki, növbəti həftə ərzində onlar müsahibəyə dəvət olunacaqlar: "Test imtahanı mərhələsində keçid balını toplayan, lakin qabiliyyət imtahanları verə bilməyən müəllimlərə əlavə şans verilməyəcək. Qabiliyyət imtahanında müəyyən olunmuş normativləri verə bilməyən namizədlər vakansiya seçimi mərhələsinə buraxılmayacaq. İl ərzində yaranan vakant yerlərdə həmin müəllimlərlə müddətli əmək müqaviləsi bağlana bilər”.
 
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) keçirilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008