• çərşənbə, 24 Aprel, 16:01
  • Baku Bakı 27°C

Prezident İlham Əliyev Bakıda sərginin açılış mərasimində iştirak edib - FOTOLAR

31.05.23 10:13 936
Prezident İlham Əliyev Bakıda sərginin açılış mərasimində iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib.

Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətini vurğuladı.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Sonra ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Birləşmiş Ştatların Prezidenti Cozef Baydenin, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson isə Birləşmiş Krallığın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidentinə məktublarını oxudular.

Daha sonra Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero çıxış etdi.

Çıxışlardan sonra dövlətimizin başçısı Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri ilə tanış oldu.

Prezident İlham Əliyev Sərginin xatirə kitabını imzaladı.

Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim edildi.

banner

Oxşar Xəbərlər